Taliban universtetdə qız və oğlan tələbələrin arasına pərdə çəkdi-FOTO

0

Bu səhərdən etibarən Əfqanıstanın son qalası olan Pancşiri nəzarətə götürən Taliban, sosial mediada bir görüntü ilə gündəmə gəldi.

Bütün dünya, ölkəni tamamilə ələ keçirən Talibanın ikinci dövründə məktəblərin necə olacağı ilə maraqlanarkən, təşkilatın sosial media hesablarında paylaşılan görüntü bu suala cavab verdi. Paytaxt Kabildə İbn Sina Universitetində bir sinifdə oğlan və qız tələbələr arasında pərdə çəkildiyi görüldü. Böyük bir sıçrayışa səbəb olan fotolar dərhal sosial mediada yayılıb.

Taliban təşkilatı daha əvvəl qızların dini qaydalara riayət etmək şərtilə məktəblərə gedə biləcəklərini açıqlamışdı. 1996-2001-ci illərdə qızların məktəbə getməsi qadağan edilmişdi.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »