“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran heyətimiz Bakıya qayıdıb

0

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən
Moskva şəhəri ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən “Mədəniyyət Ordusu” müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.

Tədbir atəşfəşanlıqla sona çatıb.

İctimairey.az-a Müdafiə Nazirliyinin Mətbuat Şurasından verilən məlumata əsasən bildiriri ki, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində uğurla iştirak edib.

“Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən artilleriyaçılarımız sentyabrın 4-də Bakıya qayıdıb.

Qeyd edək ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq “Ən yaxşı məşqçi”, gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olub.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »