Rusiya Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri İrəvandadır

0

Ermənistanın müdafiə naziri Arşak Karapetyan sentyabrın 2 -də Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi mütəxəssislərindən ibarət nümayəndə heyətini qəbul edib.

İctimairey.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, nümayəndə heyəti Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində müntəzəm danışıqlarda və müzakirələrdə iştirak etmək üçün İrəvana gəlib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin rəhbəri, general-mayor Valeri Jila Ermənistanın müdafiə nazirinə qarşıdakı işlərin istiqamətləri və həcmi barədə məlumat verib, həmçinin ikitərəfli əməkdaşlıq və müzakirə məsələlərini qeyd edib. Görüş zamanı Arşak Karapetyan Ermənistan tərəfi üçün prioritet əhəmiyyət kəsb edən bir sıra məsələlərə işarə edib.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »