Millət vəkili: “Artsax” məsələsinə laqeyd yanaşmaq, onu prioritet gündəmə gətirməmək bu erməni hakimiyyət orqanlarının aydın mövqeyindən xəbər verir

0

Artsaxın tədbirində Ermənistan Prezidentinin, Baş nazirin və Milli Məclis sədrinin iştirak etməməsi bir neçə mənfi amildən danışır.

Bu fikirləri “Şərəfim var” müxalifət fraksiyasının deputatı, “Artsax” Prezidentinin keçmiş müşaviri Tiqran Abramyanın bildirib. Onun sözlərinə görə, məsələ “Artsax” üçün simvolik olan günlərdə iştirak etməməkdə deyil, ümumiyyətlə münasibətlə bağlıdır.

İctimairey.az Erməni mediyasına istinadən bildirir ki, Millət vəkili – “Təbii ki, bir çoxları sentyabrın 2-si münasibətilə Artsax hadisələrində Ermənistan rəhbərliyinin iştirak etmədiyini qeyd etdilər, amma sual ondadır ki, bu məmurlar müharibə başa çatandan bəri Dağlıq Qarabağa səfər etməmişlər. “Artsax” məsələsinə laqeyd yanaşmaq, onu prioritet gündəmə gətirməmək bu səlahiyyətlilərin açıq mövqeyindən danışır.

“Artsax” və “Artsax” xalqına münasibət budur ” – deyə bəyan edib. Eyni zamanda Abrahamyan hesab edir ki, əgər bu məsələ Azərbaycan tərəfinin təzyiq və ultimatumları prizmasında nəzərdən keçirilirsə və bu məsələdə Ermənistan hakimiyyəti Azərbaycanın diktə etdiyi oyun qaydalarına uyğun hərəkət edirsə, deməli, artıq hər şey aydındır. Bu prosesdən sonra, hansı hadislərin baş verəcəyi məlumdur. “Erməni hakimiyyəti “Artsax”dakı rolunu yalnız humanitar məsələlərdə görür, bu da müvəqqəti olacaq. İndiki hakimiyyət ölkəni məğlubiyyət zəncirinə sürüklədi, burada dövlətimiz Ermənistanın və “Artsax”ın maraqlarına zidd olan bir gündəmə bağlı olaraq hərəkət edir ” – deyə Abramyan qeyd edib.

Qeyd edək ki, Artsax ərəfəsində müstəqilliyin elan olunmasının 30-cu ildönümü qeyd edildi. İlk dəfə olaraq Ermənistanın ali rəhbərliyi bayram tədbirlərinə qatılmadı. Tədbirə yalnız RA parlamentinin bir neçə deputat və üçüncü prezident Serj Sarkisyan qatılıb.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »