Bayden TALİBAN qarşısında DİZ ÇÖKDÜ

0

Tramp Baydenin Taliban qarşısında diz çökdüyünü deyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin Əfqanıstandakı bütün mövqelərdən əl çəkdiyini və Taliban qarşısında diz çökdüyünü söyləyib.

İctimairey.az “New York Post” –a istinadən xəbər verir ki, bu barədə o, Alabamada keçirilən mitinqdə bildirib.
O, Talibanın siyasi ofisinin rəhbəri Əbdül Qani Baradarla əlaqə saxladığını da sözlərinə əlavə edib.

“Mən bu barədə heç nə edə bilmərəm, onlar yüz illər boyunca mübarizə aparıblar və yaxşı döyüşçülərdir. Ancaq, onlarla mənim yaxşı münasibətim var idi ” – deyə Tramp bəyan edib.

ABŞ-ın keçmiş prezidenti Talibanla razılaşmağa çalışdığını, ancaq prezident seçkilərindəki məğlubiyyətinin sazişin həyata keçməsinə mane olduğunu da söyləyib.

“Sonra, yeni prezidentin saxta bir seçkisini keçirdik, Yeni prezident hakimiyyətə gəldi və talibanın qarşısında diz çöküb onlara dedi: – Gəlin, əlimizdə olan hər şeyi götürün. Belə bir rüsvayçılıq, biz heç bir zaman görməmişdik. – deyə Tram söyləyib.

Qeyd edək ki, Tramp hakimiyyəti dövründə ABŞ ordusunu Əfqanıstana qayıtmağa hazır olmağa çağırmışdı.

Esmira ŞÜKÜROVA

 İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »