Hazırda 3 Azərbaycan vətəndaşı Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alır.
Bu barədə xəstəxanadan bildirilib.
“Hazırda xəstəxanada ümumilikdə 6 nəfər müalicə alır. Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir. Müalicə alan yaralılardan üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır”, – xəstəxanadan qeyd olunub. (Report)
Comments are closed.