Rusiyanın Kamçatka diyarında yükdaşıma həyata keçirən An-2 təyyarəsi radarlardan yoxa çıxıb.
Bunu regionun fövqəladə hallar naziri Sergey Lebedev açıqlayıb.
“Hadisə var. An-2 yük daşıyan kommersiya təyyarəsi itib. İstiqamət Milkovo – Ossora olub. İlkin məlumata görə, təyyarədə sərnişin yoxdur və qəza sensoru işə düşüb”, – nazir bildirib.
Agentlik qeyd edib ki, An-2 təyyarəsində üç ekipaj üzvü var. Təyyarə qızıl hasilatı müəssisələrindən biri üçün yük daşıyırdı.//Report
Comments are closed.