Əbu Məhəmməd əl-Culani Türkiyə ilə strateji tərəfdaşlıq qurmaq niyyətində olduqlarını bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Türkiyənin “Yeni Şafak” nəşrinə verdiyi müsahibəsində danışıb.
Culani bildirib ki, onların əsas məqsədi Türkiyə ilə yeni bir Suriya dövləti qurulması prosesində strateji əməkdaşlıq qurmaqdır.
“Türkiyənin bir çox prioritetləri var ki, bu prioritetləri yeni Suriya dövlətini qurarkən həyata keçirə bilər. Biz iqtisadi təcrübə mübadiləsi və ticari əməkdaşlıq imkanlarına inanırıq,” – deyə Əl-Şara qeyd edib.
Bu bəyanatlar Suriya və Türkiyə arasında münasibətlərin gələcəkdə necə inkişaf edəcəyi ilə bağlı yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Comments are closed.