Almaniya Bundestaqı federal kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Olaf Şolts hökumət koalisiyasının dağılmasından sonra Almaniyada növbədənkənar seçkiərə yol açmaq üçün bunu arzu edirdi.
“Ölkəmiz adına, Almaniya adına hər şeyi etməyə davam edəcəyəm. Buna görə də və vətəndaşlardan etimad istəyirəm”.
Bu sözləri kansler Olaf Şolts dekabrın 16-da parlamentdə özünə etimad məsələsinin Bundestaqda səsverməyə çıxarılması təklifinin müzakirəsi zamanı çıxışını deyib
Alman seçicilərinin onun tələbinə necə reaksiya verəcəyi yalnız 2025-ci il fevralın 23-də, Almaniyada növbədənkənar parlament seçkilərinin keçiriləcəyi zaman bəlli olacaq.
Bundestaq səsverməni bu bazar ertəsi, dekabrın 16-da keçirib. Şoltsunun istədiyi kimi, səs çoxluğu (717-dən 394-ü) ilə kanslerə etimad göstərilməyib.
Əgər hər iki hakim partiyanın – SPD və “Yaşıllar”ın fraksiyaları, eləcə də AfD deputatları etimadın “lehinə” səs versəydilər, Şolts bütün müddəti praktiki olaraq səriştəsiz azlıq hökumətinin başında işləməli olacaqdı.
Olaf Şoltsdan əvvəl kanslerə etimad səsverməsi Bundestaqda cəmi 5 dəfə səsverməyə çıxarılıb.
Comments are closed.