Türkiyənin “Fənərbağça” klubu ciddi itki ilə üzləşib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul nəhənginin müdafiəçisi Rodriqo Bekao zədə səbəbindən sıradan çıxıb.
Braziliyalı oyunçu Super Liqada “Başakşehir”lə oynanılan (3:1) matçda zədə alıb və mövsümün qalan hissəsini buraxacaq.
Qeyd edək ki, Bekao bu mövsüm 15 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb./Milli.Az/
Comments are closed.