ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq etməyə qərar verərsə, Kanada hökuməti buna cavab verəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu “Halifaks” ticarət palatasında keçirilən tədbirdə çıxış edən baş nazir Castin Trüdo deyib.
“Kanada ədalətsiz tariflərə bir neçə yolla cavab verəcək. Biz hələ də cavab vermək üçün düzgün yollar axtarırıq”, – deyə o, bildirib.
Trüdo əlavə edib ki, Trampın ilk prezidentliyi dövründə Kanada polad və alüminiumuna böyük tariflər tətbiq etmək qərarına qarşı reaksiya verib, nəticədə onların qaldırılmasına nail olub.
O, həmçinin bütün Kanada mallarına 25%-lik tariflərin tətbiqinin “Kanada iqtisadiyyatı üçün dağıdıcı olacağını” söyləyib.
Comments are closed.