Cənubi Koreyanın Ədliyyə Nazirliyi prezident Yun Sok-yolun ölkədən çıxışına qadağa qoyub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, ölkə tarixində vəzifədə olan dövlət başçısının ölkəni tərk etməsinın qadağan edilməsi ilk dəfədir.
Bundan əvvəl Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi bildirib ki, prezident qiyam cəhdində şübhəli bilinməsi ilə bağlı aparılan istintaq çərçivəsində belə bir qadağaya dair sorğu göndərib.
Qeyd edək ki, Cənubi Koreya qanunvericiliyi hazırkı prezidentin qiyam və dövlətə xəyanət ittihamları ilə mühakimə olunmasına icazə verir.
Xatırladaq ki, Yun Sok-yol dekabrın 3-də hərbi vəziyyət elan edib, daha sonra televiziya ilə çıxışında bu addımını liberal konstitusiya quruluşunu, ölkənin sabitliyinə təhlükə yaradan “anti-dövlət elementlərindən” qorumaq zərurəti ilə izah etməyə çalışıb.
Ancaq ölkənin parlamenti və hüquq-mühafizə orqanları hesab edirlər ki, prezident səlahiyyət həddini aşıb və fövqəladə vəziyyəti əsaslı səbəblər olmadan elan edib.
Comments are closed.