Fransada SİYASİ BÖHRAN: Baş nazir İSTEFA VERDİ

Fransa baş naziri Mişel Barni prezident Emmanuel Makrona istefa ərizəsini təqdim etmək üçün Yelisey Sarayına gəlib.

İctimai Rəy xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Baş nazirin istefa qərarı 2025-ci ilin dövlət büdcəsinin sosial xərclər bölmələrini parlamentin təsdiqi olmadan qəbul etməsi səbəbilə hökumətə qarşı parlament tərəfindən etimadsızlıq qərarının qəbul edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Fransada sonuncu dəfə 1962-ci ildə hazırkı hökumətə etimadsızlıq səsverməsi elan edilib.

Mişel Barni müasir Fransa tarixində ən qısa müddət baş nazir vəzifəsində çalışan siyasətçi kimi yadda qalıb.

Comments are closed.

Tərcümə »