UEFA “Qarabağ” klubunu 26000 avro cərimələyib.
Buna Azərbaycan çempionunun Bakıda “Ayaks”a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.
“Köhlən atlar” “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro ödəyəcək.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. “Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular – Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində “Qarabağ”ı 28500 avro cərimələyib.//Report
Comments are closed.