“Liverpul”un dünya şöhrətli ulduz futbolçusu Məhəmməd Salahın karyerasını Türkiyə Super Liqasında davam etdirəcəyi ilə bağlı söz-söhbətlər dolaşır.
Milli.Az bu barədə “Hürriyyet”ə istinadən xəbər verir.
İddialara görə, Salah “Qalatasaray”ın transfer etmək istədiyi futboçular sırasındadır. Klubun prezidenti Dursun Özbeyin də sözügedən transferin baş tutması üçün özünü səfərbər etdiyi deyilir. Futbolçunun klub ilə müqaviləsi isə yanvarın 1-də sona çatır.
Xatırladaq ki, 2017-ci ildən İngiltərə nəhənginin uğurları üçün tər tökən Salah meydana çıxdığı 367 oyunda boş durmayıb. O, vurduğu 223 qolla yadda qalıb.
Comments are closed.