AFFA İntizam-Komitəsi “Sumqayıt” klubunu azarkeşlərinin davranışına görə 800 manat cərimələyib.
“Report” xəbər verir ki, buna Misli Premyer Liqasının XIV turunda “Şamaxı” ilə matçda fanatların meydana kənar əşyalar atması səbəb olub.
Eyni məbləğdə “Neftçi” klubu da cərimələnib. “Zirə” ilə keçirilən matçda “Neftçi Arena”ya kənar şəxslərin daxil olması “ağ-qaralar”ı 800 manat ziyana salıb.
“Sabah” klubu isə “Turan Tovuz”a qarşı matçda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə ödəməli olacaq.
Comments are closed.