Pakistanın cənubunda baş verən zəlzələdə ölənlərin sayı 20 -yə çatıb.

0

Onlarla insanın ağır yaralandığı bildirilir. Daha əvvəl 15 nəfərin öldüyü bildirilmişdi.

İctimairey.az xəbər verir ki, təkanlar aşağıdakı şəhərlərdə hiss edilib: Sibi, Pişin, Müslim Bage, Harnay və ona bitişik ərazilərdə.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla çərşənbə günü səhər 03: 01-də 5.7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə yerləşib. Zəlzələnin mənbəyi 10 km dərinlikdə olub.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »