Azərbaycan üçün MÜHÜM GÜN – Noyabrın 12-də…

0

Noyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı işdə Azərbaycanın qaldırdığı ilkin etirazlara dair qərarını verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin mətbuat xidməti tərəfindən məlumat yayılıb.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-da açıq iclas keçiriləcək, iclasda hakim qərarı oxuyacaq.

Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozduğu iddiası ilə Azərbaycana qarşı iş başladıb.

21 aprel 2023-cü il tarixində Azərbaycan Məhkəmənin yurisdiksiyasına dair ilkin etirazlarını təqdim edib və reqlamentə uyğun olaraq bu etirazlarla bağlı qərar çıxarılana qədər proses dayandırılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »