Kriminaldan salamlar: Qanun oğruları və oliqarxlar Zelenskiyə qarşı çıxdılar

0

Ali Rada Vladimir Zelenskinin əsas bəhrə vericiləriləri olan, “Oliqarxlar haqqında qanun” qəbul edib. O, uzun müddətdir Ukrayna siyasətini böyük biznesin təsirindən təmizləyəcəyinə söz versə də, məğlub olub. Belə ki, bu dəfə millət vəkilləri qanunu təsdiq edən kimi, prezidentin köməkçisi Sergey Şefirin avtomobili atəşə tutulub. Səlahiyyətlilər sui-qəsddə oliqarx və qanuni oğrulardan şübhələnir.
İctimairey. xəbər verir ki, Zelenski, – “Onlar siyasi nüfuzu satın alıb və siyasətçiləri öz xeyirlərinə istifadə edirlər. Anti-oliqarxiya qanunu sayəsində Ukrayna bizneslə dövlət arasında təmiz münasibətlər qurmaq üçün tarixi bir şans qazanıb” – bu ifadələri səsləndirib.

Zelenskinin göstərişi ilə, bundan sonra gəlirləri ildə 83 milyon dolları keçən iş adamları avtomatik olaraq, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasınin diqqətində olacaq. Təhlükəsizlik xidməti belə sahibkarların siyasətə təsir etdiyini, partiyaları maliyyələşdirdiyini və ya bir media orqanına sahib olduğunu bilsələr, xüsusi reyestrə (qara siyahıya) daxil edəcək.
Qara siyahıya düşənlər Təhlükəsizlik Şurasının iclaslarında müzakirə olunacaq və oliqarx namizədlər bunun izahını verəcək. Əmin olunmadıqları təqdirdə gəlir deklarasiyası dərc ediləcək. Və dövlət əmlakının özəlləşdirilməsi onlar üçün bağlanacaqdır.

Qanun nüfuzlu sahibkarlarla təmasda olan siyasətçilərə də aiddir. Hər görüşdən və ya telefon danışıqlarından sonra, Təhlükəsizlik Şurasına hesabat təqdim etmək məcburiyyətində qalacaqlar: görüş yeri, vaxtı, həmsöhbətinin kimliyi və ən əsası – söhbətin məzmunu haqqında məlumat verəcək.

Yeni qaydalar təkcə Zelenskinin rəqiblərində deyil, tərəfdarlarında da çoxlu suallar doğurub. Ali Radanın spikeri Dmitri Razumkov təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin genişlənməsini bəyənməyib. Sənədi Avropa Şurasına konstitusiya hüququ üzrə məsləhətçi orqanı olan, Venesiya Komissiyasına göndərib. Amma, hakim partiyanın deputatları qanunu çoxlu səslə və kənardan yardım almadan təsdiqləyiblər.

“Xalqın xidmətçiləri” təklif olunan min düzəlişdən birini belə nəzərə almayıb və Petro Poroşenkonun partiyasından şikayətləniblər. Yeni qanun, – “Kimin pis, kimin yaxşı olduğuna Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası deyil, əslində Zelenskinin özü qərar verəcək”. – deyən, Avropa Əməkdaşlığı partiysından olan deputat Aleksey Qonçarenkonu özündən çıxarıb.

“Həyat Naminə” müxalifət platformasının nümayəndələri xatırladıblar ki, UMT-i fevral ayında partiya lideri Viktor Medvedçuka qarşı heç bir məhkəmə və istintaq olmadan sanksiyalar tətbiq edib. İyun ayında isə, daha iki böyük sahibkar, Dmitri Firtash və Pavel Fuks məhdudiyyətlərə məruz qalıb.

Qeyd edək ki, hazırda Ukraynada sanksiyalar tətbiq olunmuş 600 qanuni oğru var. Onlardan 15 -i Ukrayna vətəndaşı, qalanları isə, nüfuzlu xarici qanuni oğrulardır. Siyahı ictimaiyyətə açıqlanmayıb.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »