Saqatelyan: Erməni xalqı bunu bilməlidir. Ərdoğanla Paşinyan gizli razılaşıblar.

0

“Azərbaycanın ərazi bütövlüyü…” –
Qarabağ əslində kimindir? Xalqı aldadıblar. Yaxın vaxtlarda partiyamız böyük yürüş təşkil edəcək:
Ermənistanın qara günləri hələ qarşıdadır. Cəmiyyət vətəndaş müharibəsinin bir addımlığındadır. Hər keçən gün Ermənistanda siyasi bombanın partlayacağı ana yaxınlaşırıq.
İctimairey.az xəbər verir ki, bu fikirlərlə Ermənistan parlamentinin vitse-spikeri, “Daşnaksütyun” partiyasının lideri İşxan Saqatelyan çıxış edib.
“Minlərlə insan İrəvan küçələrinə çıxacaq. Və əsl siyasi bomba effekti yaradacaq. Bu dalğa qarşısına keçəni məhv edəcək. Bizdə olan dəqiq məlumata əsasən, Ərdoğan ilə Paşinyan arasında gizli razılaşma əldə olunub. Razılaşmanın 3 bənddən ibarət olduğu bildirilir:
1. İrəvan “erməni soyqırımı” fikrindən çəkinəcək
2. Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq
3. Zəngəzur dəhlizi açıqlacaq.
Əgər yaxın günlərdə Ermənistan hökuməti bunu rəsmi olaraq bəyan etsə, Ermənistan cəmiyyyəti Paşinyanı güc yolu ilə devirməyə qalxacaq. Bu alınacaq, yoxsa yox? Bu, çox qəliz sualdır, çünki hazırda Ermənistan cəmiyyəti didərgin haldadır. Bu insanlar biabırçı məğlubiyyətin baş rolunda gedən Paşinyanı yenidən seçkilərdə qalib edən şəxslərdir. Bunlarla uzağa getmək olacaqmı?”
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »