Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədləri demarkasiya etməyə və delimitasiya etməyə hazırdır.
İctimairey.az rbk – ya istinadən xəbər verirki, Bu barədə ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
“Sərhədlərin demarkasiyasına gəlincə, Ermənistan buna hazırdır. <….> Azərbaycanda ciddi hazırlıq varsa, düşünürəm ki, Rusiyanın vasitəçiliyi ilə irəliləyə və demarkasiya və delimitasiya prosesinə başlaya bilərik “, – Qriqoryan bildirib.
MƏMMƏDOV GÜLOĞLAN. İCTİMAİREY.AZ
.