NATO-nun Baş katibi Ukraynanın nə vaxt alyansa üzv olacağını bilmir

0

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Ukrayna sonda alyansa üzv olacaq, lakin bunun nə vaxt baş verəcəyini hələlik dəqiq söyləmək çətindir.

“Report” xəbər verir ki, bu barədə Baş katib Böyük Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində deyib.

Rutte Ukraynanın alyansa daxil olmasının vaxtı ilə bağlı suala da cavab verməyib: “Aydındır ki, bu mənim cavab verə biləcəyim sual deyil”.

Eyni zamanda o, Rusiyanın bu qərara səs və ya veto hüququna malik olmadığı fikrini bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »