Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər

0

Azərbaycanın çimərlik voleybolçuları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Ermənistan təmsilçilərini məğlub ediblər.

Azərbaycan Voleybol Federasiyasından  verilən məlumata görə, kişilərdən ibarət komandamız hər iki setdə çətinlik çəkmədən qalib gəlib.

Heydər Məmmədli – Nəriman Bayramlı cütlüyü 2:0 (21:15, 21:13) hesablı zəfəri bayram edib.

Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »