Dünya çempionatı zamanı yıxılan idmançı ağır xəsarət alıb

0

İsveçrəli velosipedçi Muriel Furre gənclər arasında keçirilən dünya çempionatının qrup yarışında yıxılaraq ağır xəsarət alıb.

“Report” Beynəlxalq Velosiped Federasiyasının mətbuat xidmətnə istinadən xəbər verir ki, 18 yaşlı idmançı ağır kəllə-beyin travması alaraq helikopterlə xəstəxanaya aparılıb.

Qəzanın hansı formada baş verməsi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundiala sentyabrın 29-da yekun vurulacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »