Azərbaycan və Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub

0

Müdafiə naziri Zakir Həsənov Bakı şəhərində keçirilən 5-ci Yubiley “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkədə səfərdə olan Qətərin “Barzan Holdings” müdafiə və təhlükəsizlik şirkətinin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Qətər arasında hərbi əməkdaşlığın yeni perspektiv və imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »