“Qəbələ” tarixində 700-cü matçına çıxacaq

0

“Qəbələ” tarixində 700-cü matçına çıxacaq.

İctimai Rəy klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan I Liqasının III turunda sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Mingəçevir” matçı meydan sahibləri üçün əlamətdar olacaq.

İndiyədək 699 oyun keçirən komanda Premyer Liqada 540, Azərbaycan Kubokunda 85, avrokuboklarda 42, I Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb. “Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran bölgə təmsilçisi 794 top buraxıb.

Qeyd edək ki, “qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komanda I dəstənin ev görüşündə 8:0 hesablı qələbə qazanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »