Energetika naziri Serbiyaya səfər edib

0

Energetika naziri Pərviz Şahbazov Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviçin dəvəti ilə bu ölkəyə səfər edib.

Bu barədə  Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Serbiya arasında ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlər, energetika sahəsində əlaqələrin inkişafı və yeni istiqamətlər ətrafında müzakirələr aparılacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »