Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Peskov ABŞ-la bağlı maraqlı açıqlamalar verib.
Peskov bildirib ki, Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxslə Ukrayna arasında əlaqələr barədə Rusiya deyil, ABŞ kəşfiyyatı düşünməlidir:
“Rusiya ABŞ-da daxili siyasi proseslərə qarışmayıb və indi də qarışmır. Kreml seçki kampaniyası dövründə ABŞ-da vəziyyəti gərgin hesab edir”.
Peskov deyib ki, Qərbin Rusiya mediasına qarşı ittihamları bütün sərhədləri aşır və Kreml bütün bunları qəbuledilməz hesab edir.
“Rusiya mediasına qarşı sanksiyalar ABŞ-ın alternativ baxışları boğmaq üçün hər cür səy göstərməyə hazır olduğunu göstərir”,-deyə Peskov bildirib. \\musavat\\