Şimali Koreya növbəti ballistik raket buraxılışı həyata keçirib.
Bu barədə Yaponiyanın Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
Raket Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb. Raketin uçuş məsafəsi və hündürlüyü ilə bağlı məlumatlar hələlik verilməyib.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə iyulun 1-də ballistik raket buraxmışdı. KXDR Raket Elmi Baş İdarəsi bildirib ki, çəkisi 4,5 tona qədər olan ultra böyük döyüş başlığı daşımağa qadir yeni “Hvason-11-4.5” taktiki ballistik raketinin sınaqları uğurlu olub.//Report