Rəcəb Tayyib Ərdoğan: Azərbaycandan başlayaraq “Texnofest” Festivalını dost və müttəfiq ölkələrdə də keçirəcəyik
Rəcəb Tayyib Ərdoğan: Azərbaycandan başlayaraq “Texnofest” Festivalını dost və müttəfiq ölkələrdə də keçirəcəyik
Qarşıdan gələn ildən etibarən “Texnofest”i beynəlxalq bir markaya çevirəcəyik. Can Azərbaycandan başlayaraq “Texnofest” Festivalını dost və müttəfiq ölkələrdə də keçirəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Texnofest” Festivalını ziyarət zamanı çıxışında deyib.
“Texnofest”in gəncləri, sadəcə, dünyanın ən qabaqcıl texnologiyaları ilə tanış etməkdə deyil, həm də onlarla birgə işləmək, komanda qurmaq və milli duyğuların öyrənilməsi baxımından da böyük rol oynadığını vurğulayan Türkiyə Prezidenti deyib: “Türkiyədə 2018-ci ildə ilk dəfə keçirilən “Texnofest” festivalına cəmi iyirmi min namizəd qatılmaq üçün müraciət etmişdi. Bu il bu rəqəm on dəfə artaraq 200 minə çatıb. Festivalda keçirilən yarışların da sayı artaraq 37-yə yüksəlib”.