Dünyanın ən güclü məşqçiləri siyahısında planetin 500 mütəxəssisi yer alıb.
İctimai Rəy Oxu.az-a istinadən xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı 1675 xala malikdir. O, dünyada 133-cüdür.
Avrokubokların cari mövsümünün arxada qalan hissəsi Qurban Qurbanova iki xal qazandırıb. Lakin bu qazanc mövqe dəyişikliyi üçün yetərli olmayıb.
“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. Altı xal itirən mütəxəssis üç pillə geriləyib.
Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 185-cidir. Xalları dəyişməz qalan portuqaliyalı bir addım geriləyib.
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk 422-ci yerə yüksəlib. Bir addım irəliləyən ukraynalı hesabına bir xal əlavə edib – 1482.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2243 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.