Kazanda Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə baxıla bilər

0

Azərbaycanın BRİCS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov deyib.

“BRİCS-in bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində Azərbaycanın müraciətinə baxıla və birliyə üzvlüyü ilə bağlı qərar qəbul oluna bilər”, – senator bildirib.
V.Cabbarovun sözlərinə görə, hazırda Azərbaycan demək olar ki, BRİCS-in üzvü olan bütün ölkələrlə məhsuldar əməkdaşlıq qurub, habelə Qərb ölkələrini, xüsusilə ABŞ və Fransanı qıcıqlandıran müstəqil xarici siyasət nümayiş etdirir.
Senator gec-tez digər MDB ölkələrinin də BRİCS-ə qoşulacağına əminliyini ifadə edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »