Dünya rekordçusu Olimpiya kəndində yaşamaqdan imtina edib

0

Yüngül atletika dünya rekordçusu, isveçli Armand Duplantis 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında Olimpiya kəndində yaşamaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Expressen” nəşri məlumat yayıb.

İsveç millisinin kapitanı Kaysa Berqkvist idmançının daha uyğun mənzil tapdığını bildirib:

“O, peşəkardır və hörmət edilməli olan ehtiyacları var. Armand Duplantis bacardığı qədər hazırlaşmalıdır”.

Qeyd edək ki, “Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları tənqid obyektinə çeviriblər. Bildirilir ki, 26 000 ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb. Otaqlarda televizorların və kondisionerlərin olmaması da idmançıları məyus edib.

Ümumiyyətlə, Paris Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır deyildi və tədbirin açılış mərasimi bunu açıq şəkildə göstərdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »