Növbəti illərdə peşə təhsili sistemində olan müəllimlərin attestasiyası və ya sertifikatlaşdırılması həyata keçirilə bilər.
İctimai Rəy azedu.az-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib.
O bildirib ki, cari ildə peşə təhsilində çalışan müəllimlərin sertifikasiyası nəzərdə tutulmur.