İnsult, demensiya və depressiya riskini azaltmağın yolu məlum olub.
Yale Universiteti və Massaçusets Ümumi Xəstəxanasında yerləşən McCance Beyin Sağlamlığı Mərkəzinin alimləri 12 amilin bu xəstəliklərdən qorunmağa kömək etdiyini aşkarlayıb.
Araşdırmanın nəticələri “Frontiers in Psychiatry” jurnalında dərc olunub.
Alimlər 350 könüllünün həyat tərzini və sağlamlıq vəziyyətini təhlil ediblər. Onlar bunun üçün Britaniya Biobankından (insan bioloji nümunələrinin ən böyük anbarı) yararlanıblar.
Beləliklə, 12 amilin insult, demensiya və depressiya riskini azaltdığı müəyyən edilib. Bunlardan 4-ü fiziki sağlamlıq göstəriciləri (normal qan təzyiqi və bədən çəkisi, həmçinin qan şəkəri və xolesterinin optimal səviyyədə saxlanılması) ilə bağlıdır.
5-i sağlam həyat tərzinin əsas tələbləri olub: siqaret çəkməmək, spirt qəbulunu məhdudlaşdırmaq, yaxşı yatmaq, balanslaşdırılmış qidalanma rejiminə əməl etmək və müntəzəm idmanla məşğul olmaq.
Son qrupdakı amillər isə emosional və sosial tələblərlə əlaqəlidir: beyin sağlamlığı, aşağı stress səviyyəsi, həyatla bağlı məqsədin olması və ünsiyyət ehtiyacının ödənilməsi.
Bu 12 faktor əsasında beyin sağlamlığını qiymətləndirən vasitə “Brain Care Score” adlanır. Tədqiqatçılar, 13 illik təqibdə “Brain Care Score”da əlavə beş balın əldə edilməsinin qocalıqda depressiya riskinin 33%, insult, depressiya və demensiya riskinin isə 27% azalması ilə nəticələndiyini müəyyən ediblər.//Medicina.az