ABŞ Prezidenti Cozef Bayden dövlət başçısı postu uğrunda yarışdan çıxdığını elan edərək çətin qərar verib.
İctimai Rəy teleqraf.com-a istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.
“Biz bugünkü çətin, lakin güclü qərara hörmətlə yanaşırıq”, – deyə Volodimir Zelenski bildirib.
Xatırladaq ki, iyulun 21-də Cozef Bayden dövlət başçısı postu uğrunda mübarizədən geri çəkildiyini, lakin səlahiyyət müddətinin sonunadək vəzifədə qalacağını açıqlayıb. O, eyni zamanda prezident seçkilərində vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini elan edib.
Donald Trampın seçkidəki rəqibinin kimliyi Demokratlar Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında müəyyənləşəcək.
Respublikaçıların namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, Kamala Harrisə qalib gəlmək onun üçün daha asan olacaq.