Oğuza yeni icra başçısı təyin edildi

0

Oğuz rayonunun icra başçısı dəyişdirilib.

İctimairey.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »