Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ilə Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində “RR constraction” tərəfindən tikinti aparılır.
Ərazidə olan 240 müqavilə bağlanılaraq artıq 220-si köçürülmüşdür.
Bu köçürülən sakinlərin hamısı kirayə ilə təmin olunur. Ərazidəki sökülməyən evlərdən biri də mübahisə mövzusuna çevrilən Emma Sadıxova adlı xanıma məxsusdur.
Lakin o, bir müddət öncə vəfat edib. Elə hər şey də bundan sonra başlayıb.
Kadrlarda yer alan qadın yaxınları ilə birlikdə Emma Sadıxovanın yaşadığı mənzilin qapısını sındıraraq evi zəbt edib. İndi isə evlərin söküləcəyini eşidib tikinti şirkətindən fantastik məbləğ tələb edirlər. Xanımdan evə dair sənəd istənilsə də heç nə təqdim edə bilməyib.
Qonşular isə ümumiyyətlə bu barədə məlumatsız olduqlarını bildirirlər. Evdə məskunlaşan xanım sənədləri təqdim etməkdən imtina edib.
Daha ətraflı sujetdə: