Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Milli Məclisin VI çağırış deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunub.
MSK-nın iclasında Adil Abış oğlu Əliyevin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərar verilib.
Qeyd edək ki, A. Əliyev ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı RİH başçısı təyin edilib./Qafqazinfo