Azad edilmiş ərazilərdə 8 yeni seçki məntəqəsi yaradılacaq

0

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.

“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” – R. Qasımov vurğulayıb.

Xatırladaq ki, azad edilmiş ərazilərdə prezident seçkilərində 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi. (Report)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »