“Sumqayıtda qazdan zəhərlənən fəhlələr evə buraxılıblar”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Verilən məlumat görə, 08.07.2024-cü il tarixində saat 18:20-də 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib:
“Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
***
Sumqayıtda üç fəhlə qazdan zəhərlənib.
Hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakinləri – 1989-cu il təvəllüdlü Rəşad Şahvələd oğlu Heydərov, 1992-ci il təvəllüdlü Valeh Balaş oğlu Talıbov və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Anar Mütəllim oğlu Talıbov işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.
Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./report