“Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Fransa parlamentinə yenidən seçildiyini bildirib.
APA Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Le Pen səslərin demək olar ki, 52 faizini qazanaraq Burbon sarayındakı yerini təmin edib.
Nəşrin məlumatına görə, onun tərəfdarları parlamentdə 240-dan 270-ə qədər yer alacaq.