Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedəcək

0

Azərbaycan vətəndaşları bu Mərakeşə vizasız gedəcək.

İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar qanun layihəsinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »