Bakıda polislərimiz bu silahla öldürülüb – FOTO

0

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.

İctimai Rəy axar.az-a istinadən bildirir ki, verilən rəsmi məlumatda şübhəlinin polis əməkdaşlarını “Lancaster” kalibrli ov tüfəngi ilə qətlə yetirdiyi qeyd olunub.

Məlumat üçün qeyd edək ki, “Lancaster” kalibrli ov tüfəngləri arasında Azərbaycanda ən geniş yayılanı Rusiya istehsalı olan “Vepr-1V” yarımavtomatik silahıdır. 9.6/53 “Lancaster” kalibrli bu ov tüfənginin çəkisi 3.985 qram, xəzinə tutumu 5 güllədir.

Bu kalibrdən olan digər ov tüfəngləri arasında Rusiyanın “Kalaşnikov” konserninin istehsalı olan Mr-155 silahının bazasında yığılan 12 kalibirli TG1, eyni zamanda SVD (snayper) bazasında yığılan, “Tiqr” karabinin konstruksiyasını təkrar edən 9,6/53 kalibirli TG3 silahlarıdır. Bu silahların da hər birinin xəzinəsi 5 ədəd patron tutur.

Qeyd edək ki, silahların hamısı Azərbaycanda Ovçular mağazalarında satışdadır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »