Paytaxtın mənzil bazarında canlanma müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, buna səbəb yay dövründə banklarda dövlət xətti ilə ipoteka kreditlərinin verilməsi üçün sərbəst vəsaitlərin formalaşmasıdır.
Əmlak Eksperti Firdovsi Xəlilov bildirib ki, bazarda bir müddət durğunluq yaşansa da, ev almaq istəyən vətəndaşlar yenidən mənzil axtarışına başlayıblar.
Onun sözlərinə görə, canlanma əsasən təkrar mənzil bazarında daha çox hiss olunacaq. İkinci əl mənzil bazarında 10 faizə qədər bahalaşmanın olacağı gözlənilir.
Əmlak eksperti qeyd edib ki, Bakının mərkəzi hissələrindən ipoteka krediti ilə ev almaq yenə çətin olacaq. O, mənzillərin nisbətən ucuz qiymətə satıldığı əraziləri də açıqlayıb.
Ətraflı süjetdə: