İran həmkarlar təşkilatından prezidentliyə namizədlərə çağırış: Fəhlələrlə bağlı proqramlarınızı təqdim edin

0

İran Həmkarları Ali Konfederasiya Şurası prezidentliyə namizədlərdən fəhlələrlə bağlı proqramlarını təqdim etmələrini istəyib.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, şuranın başçısı Sami Cülpur bu barədə məktub yayıb.

Bildirilib ki, 30 maddədən ibarət məktubda fəhlələrin həyat və iş şəraitinin yaxşılaşdırılması, sığorta olunması, məşğulluq, əməkhaqqı və qadın işçilərin hüquqlarının ədalətlə tənzimlənməsi, pensiyaçılar üçün yaşayış şəraitinin real bərabərləşdirilməsi, işçilərin mənzillə təmin olunması, müqavilələrin imzalanmasında fəhlələrin hüquqlarının qorunması, Ali Əmək Şurası strukturunda islahatlar aparılması, talan edilmiş dövlət sərvətlərinin qiymətləndirilməsi və geri qaytarılması və başqa maddələr öz əksinin tapıb.

“Ali Məqamlı Rəhbərin milli iqtisadiyyatda kooperativ və özəl sektorun payının artırılması siyasətini həyata keçirmək üçün özəlləşdirmə modelinə yenidən baxılması və dəyişdirilməsi ilə bağlı müfəssəl tədbirlər planınız varmı? Bu proqramı bizə, fəhlələrə verin”, – məktubda bildirilib.

Qeyd edək ki, İranda iyunun 28-də prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, İranda neft hasil olunan bölgələrdə bir neçə şirkətin layihələr üzrə işləyən fəhlələri tətil edirlər. Məlumata görə, tətilə 3000-dən çox fəhlə qatılıb.
Etiraz aksiyası iştirakçıları əməkhaqlarının artırılması, “14+14” iş aylığı (14 gün iş, 14 gün istirahət günü) olmasını, iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Vurğulanıb ki, son aylar İranın Kerman, Mazandaran, Yəzd, Xorasan-Rəzəvi, Cənubi Xorasan, Semnan bölgələrində daş kömür, mis, dəmir, xrom mədənlərinin fəhlələri də tətil ediblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »