Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxdı

0

Ağdaş rayonunda azyaşlı itkin düşüb.

İctimai Rəy qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.

Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və digər aidiyyəti qurumların əməkdaşları azyaşlının tapılması istiqamətində axtarış aparır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »