Rusiya qazı Çinə Türkiyə ilə müqayisədə 46 faiz ucuza satır – The Moscow Times

0

Rusiyanın “Qazprom” şirkəti Avropa qaz bazarını itirdikdən və Çinə tədarüklə bağlı razılığa gələ bilmədikdən sonra hasilatı öz tarixində ən aşağı səviyyəyə qədər azaltmaq məcburiyyətində qalıb.

Bu barədə The Moscow Times “Qazprom”un bazar ertəsi dərc etdiyi statistikaya istinadən yazıb.

Nəşr bildirir ki, 2023-cü ilin sonunda “Qazprom” strukturları tərəfindən ümumi qaz hasilatı 359 milyard kubmetr təşkil edib. Bu, 2022-ci illə müqayisədə 13 faiz, müharibədən əvvəlki 2021-ci ildən isə 30 faiz azdır:

“Şirkətin keçən ilki nəticələri SSRİ Qaz Sənayesi Nazirliyinin “Qazprom”a çevrilməsindən sonra keçən 34 il ərzində ən pis nəticə oldu. Ukraynanın işğalı və “Avropanı dondurmaq” cəhdi dünyanın ən böyük sübut edilmiş qaz ehtiyatlarına sahibi olan şirkətin uğurlarına son qoydu”.
The Moscow Times qeyd edir ki, Avropanı itirən “Qazprom” yarım əsrdən çox çalışdığı satış bazarını itirib. Avropaya tədarük 28 milyard kubmetrə qədər azalıb ki, bu da 1970-ci illərin ikinci yarısının səviyyəsinə uyğundur. İndi şirkət qaz yataqlarında quyuları dondurmağa məcburdur.

Bundan əlavə, 1990-cı illərin sonundan bəri ilk dəfə olaraq “Qazprom” ili xalis mənfəətsiz başa vurub. Üstəlik, şirkət təkcə itkilərə yox, bütün tarixində rekord itkilərə məruz qalıb – 629 milyard rubl: “Kreml Çinə ümid edir, ona qaz alışını 5 dəfə artırmağı və yeni “Sibirin gücü-2” kəmərinin tikintisini təklif edir. Lakin Pekin Rusiyadan qaza əlavə endirimlər gözləyir. Halbuki hazırda çinli alıcılar Rusiya qazını avropalılar və Türkiyə ilə müqayisədə 46 nfaiz ucuz alırlar”.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »