Taliban parçalanıb

0

Taliban daxilində böyük bir qalmaqal yeni Əfqanıstan hökumətinin elanından bir neçə gün sonra başlayıbdı.
Qrupdakı mənbələr, yaraqlıların iki siyasi hərəkatının nümayəndələrinin, Əfqanıstanın yeni Nazirlər Kabinetinin işinin təşkilati məsələlərini müzakirə edərkən, Kabulun prezident sarayında dava düşdüyünü bildirir.
İctimairey.az bildirir ki, bu barədə BBC ölkədəki mənbələrə istinadən xəbər verib.
Dava ilə müşayiət olunan münaqişəyə səbəb, ölkədə ABŞ üzərində qazanılan qələbədə şöhrət və ləyaqətin fonunda baş verib. Silahlılar arasında daxili qarşıdurma faktı, terror hərəkatının liderlərindən biri Molla Əbdül Qani Baradarın bir neçə gün medianın nəzərindən kənarda qalmasından sonra ortaya çıxdı.

Taliban mənbələrinin təkzib etməsinə baxmayaraq, media mənbələri münaqişənin Baradar və Xalil ur-Rahman Haqqani arasında Əfqanıstanın yeni nazirlər kabinetinin işində təşkilati məsələlərlə bağlı şifahi atışma zamanı yarandığını bildiriblər. Hərəkatın iki liderinin tərəfdarları prezident sarayında kütləvi dava ediblər.

Xatırladaq ki, Taliban Əfqanıstanın yeni hökumətinin tərkibini açıqlayıb. Bütün nazir vəzifələri qrupun nümayəndələri tərəfindən işğal edilib. Militanın sözçüsü Zabihullah Mücahid bu tərkibin müvəqqəti olduğunu qeyd edib.
16 avqustda Taliban nəhayət, Əfqanıstan müqavimətinin əsas qüvvələrinin yerləşdiyi Pəncşir vilayəti istisna olmaqla, bütün Əfqanıstanı ələ keçirdi. Terrorçuların əyaləti tutan müxalifətlə danışıqları nəticəsiz qaldı. Bundan sonra radikallar üsyançı vilayətə hücum etdilər və nəzarəti ələ keçirdilər.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »