Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar.
İctimai Rəy xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslarla bu link vasitəsilə tanış olmaq olar.